Lavrov bu gün Çavuşoğlu ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 14-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. SİA-nın verdiyi məlumata görə, Lavrov Çavuşoğlu ilə Suriya, iki ölkənin ticari-iqtisadi münasibətləri haqqında müzakirə aparaqcaq.

O, həmçinin Türkiyənin beynəlxalq təşkilatlar yanında səfir və daimi nümayəndələrinin müşavirəsində çıxış edərək Rusiyanın xarici siyasəti barədə məlumat verəcək.

Nazirlər həmçinin "Türk axını" qaz kəmərinin tikintisi və "Akkuyu" AES-nin inşasından danışacaqlar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə