"NATO dövlətinə düşmənçilik münasibəti nümayiş etdirməyin heç bir əsası yoxdur"

“Türkiyə iqtisadi mühasirə altındadır və bu vəziyyət bir müddət davam edəcək”. SİA-ynın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O Türkiyəyə qarşı edilən hücumların daha fərqlilərinə hazırlıqlı olmalarını açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə ölkənin siyasi həyatında iz buraxan bir çox siyasət adamının xəyalını qurduğu rəhbərlik modelini demokratik üsullarla həyata keçirib: “Bu model tariximizə, mədəniyyətimizə və ölkəmizin ehtiyacları üçün ən uyğun modeldir. Millətimiz bir daha ucuz həmlələrə şahid olmayacaq”.

Ərdoğan bildirib ki, bir neçə həftədir yaşanan hadisələr bir daha həqiqəti hər birimizə göstərmiş oldu: “Türkiyə digər sahələrdə olduğu kimi iqtisadi sahədə də mühasirədədir. 15 iyul hadisələri ilə başlayan, 17-25 dekabr hadisələri ilə davam edən hücumların bir müddət davam edəcəyi məlumdur. Bu hücumların daha fərqlilərinə hazxır olmalıyıq”.

Türkiyə prezidenti vurğulayıb ki, Türkiyədə yaşanan hadisələrin 1994,2001, 2007 krizisi ilə heç bir əlaqəsi yoxdur: “Bu gün yaşadığımız hadisələrin nə 1994, nə 2001, nə 2007 krizisi ilə heç bir əlaqəsi yoxdur. Həqiqətən fərqli bir vəziyyətlə qarşı-qarşıyayıq. Sosial mediada iqtisadi terror var. Tutduğumuz yerdə cəzanı kəsəcəyik. Çünki bu Vətənə xəyanətdir. Türkiyənin iqtisadi dinamikası sağlam, güclü və yerindədir və bu vəziyyət bundan sonra da davam edəcək. Terrordan iqtisadi manipulyasiyaya məruz qalmağımızın ən əsas səbəbi milli maraqlarımızı üstün tutmağımızdır”.

Ərdoğan qeyd edib ki, NATO müttəfiqi olan bir dövlətə qarşı bu cür düşmənçilik münasibəti nümayiş etdirməyin heç bir əsası yoxdur: “Burada məqsəd üzüm yemək deyil, bağbanı döymək, hətta mümkünsə bağbanın dişlərini tökmək, ciyərini çıxartmaqdır. Onların istədikləri budur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə