“Xəzərin statusu ilə bağlı konvensiyanın imzalanması məlum idi" ÖZƏL-MÖVQE

“Xəzərin statusu ilə bağlı danışıqlar 1996-cı ildən davam edir. Artıq avqust ayının 12- də Aktauda beş Xəzəryanı dövlətlərin Prezidentlərinin bu sənədi imzalayacaqları gözlənilir. Məsələ bu ilin iyun ayınında Rusiya tərəfindən bir sənəd kimi qəbul edilib. Təbii ki, bu sənəddə elə məqamlar var ki, Qərbi və ya digər dövlətləri razı salmaya bilər”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, əsas məqam Xəzəryanı dövlətlərin hərbi qüvvələrinin dənizdə balansının qorunmasıdır və bundan başqa digər dövlətlərin hərbi gəmilərinin Xəzərə daxil olması üçün bütün dövlətlərin razılığının əldə edilməsidir: “Bundan başqa, yəqin ki, dənizin dibi və onunla bağlı həyata keçiriləcək iqtisadi layihələr də gündəmdə olacaqdır. Ümumiyyətlə konvesiyaya görə Xəzərdə üzən bütün gəmilər ancaq beş dövlətin bayrağı altında üzə bilərlər. Təbii ki, bu nəticənin əldə olunmasında Azərbaycan diplomatiyasının rolu danılmazdır. Bu istiqamətdə bizim tərəfimizdən çox mühüm və əhəmiyyətli işlər görülüb.

Qazaxıstanda Xəzərin statusu ilə bağlı konvensiyanın imzalanması ehtimalı əvvəlcədən də məlum idi: “Bu aspektdən də təbii ki, konvensiyanın imzalanması Xəzəryanı ölkələrin birgə əməkdaşlığı üçün yeni imkanlar açacaq, eyni zamanda, milli sektorlarda standartların müəyyən olunmasına, Xəzərin ekologiyasının qorunması barədə standartların mövcudluğuna gətirib çıxaracaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə