"Xəzərin hüququ statusu haqqında Konvensiyanın imzalanması regionda sabitlik üçün əlaverişli olacaq" RƏY

"Xəzərin hüququ statusu haqqında Konvensiyanın imzalanması regionda neft-qaz sənayesinə müsbət təsir göstərəcək, uzun müddətli Çin şirkətləri üçün geniş investisiya mühiti yaradacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Çin Enerji Strategiyası Akademiyasının eksperti, iqtisad elmləri namizədi Liu Çyan açıqlama verib.

Ekspert bildirib ki, hüquqi statusa dair Konvensiyanın imzalanması regionda sabitlik və inkişaf, eləcə də bu bölgədə qaz və neft axtarışı üçün də əlverişli olacaq.

Qeyd edək ki, ötən gün Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair İşçi Qrupunun 52-ci yekun iclasının kommünikesi qəbul edilib. İşçi qrupun yekun 52-ci iclası Aktauda keçirilib.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...