Paşinyan Berd rayonuna səfər edib

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhəddində yerləşən Berd rayonuna səfər edib. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Tavuş əyalətinin Berd rayonunda olan Paşinyan bir sıra görüşlər keçirib, əhali önündə çıxış edərək onların suallarını cavablandırıb.

Ermənistanın baş naziri bu gün həmçinin, Noemberyana gedəcək. Sabah isə İcevan və Dilican sakinləri ilə görüşəcək.

Azərbaycanla sərhəd rayonlara gələn Paşinyanın Ermənistan ordusunun mövqelərinə baş çəkəcəyi də gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...