"YUNESKO-nun sessiyasının Bakıda keçirilməsi böyük dividentlər gətirəcək" ÖZƏL-AÇIQLAMA

“Azərbaycan Prezidentinin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncamı dövlətimizin beynəlxalq imicinin möhkəmləndirilməsinə, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi sahəsində daha böyük təcrübə toplamasında və eyni zamanda mövcud olan tolerant mühitin, sosial iqtisadi səviyyəmizin bir daha dünyaya nümayişi baxımından böyük əhəmiyyətə malikdir”.Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

YUNESKO-nn böyük humanitar, sosial sahədə tədbirlər həyata keçirməkdə müəyyən tarixi təcrübəsi və nailiyyətlərinin olduğunu deyən baş redaktor bildirib ki, təşkilatın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə razılıq verməsinin özü də önəmli hadisədir.

Onun sözlərinə görə, bu bir daha BMT strukturlarının, o cümlədən YUNESKO-nun Azərbaycanda birgə fəaliyyət göstərməsinə həvəsli və etimadlı olduğunun göstəricisidir: “Bir sözlə cənab Prezidentin sərəncamı həm Azərbaycanın imkanları, həm beynəlxalq tədbirlərin keçirilməsində qazandığımız böyük təcrübə baxımından dövlətimizə böyük dividentlər gətirəcək”.

A.Quliyev söyləyib ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinin bütün istiqamətlər yanaşı, milli-mənəvi dəyələrin təbliği baxımından böyük əhəmiyyət kəsb edir: “Elə tədbirlər var ki, bura çoxlu saylı mütəxəssislərlə yanaşı, tədbirə maraq göstərən insanlar da iştirak edir. Bütün hallarda tədbir iştirakçıları dövlət orqanları, cəmiyyətlə yaxın kontaktda olurlar. Xüsusilə də cəmiyyətimizin ayrı-ayrı təbəqələri, fərdləri, şəhər sakinləri ilə təmasda olmaları Azərbaycanın milli-mənəvi dəyərlərin tanıdılması yönümündə geniş imkanlar açır”.

Baş redaktor qeyd edib ki, milli-mənəvi dəyərlərimizin təbliğ olunması üçün beynəlxalq təşkilatlar, əcnəbi insanlarla təmasda olmaq əvəzsiz üsuldur: “Beynəlxalq tədbirdə iştirak etmək üçün ölkəmizə gələn əcnəbilərin hədəfində də duran əsas məsələlərdən biri məhz xalqımızın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə yaxından təmasda olmaq olduğu üçün düşünürəm ki, bu cür tədbirlər çox faydalıdır. Hesab edirəm ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası da bu baxımdan çox əhəmiyyətli olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə