Ermənistan ordusunda korrupsiya faktı aşkarlanıb

Ermənistanda fəaliyyət göstərən 10 şirkət 2009-2017 illər ərzində Müdafiə Nazirliyi ilə müqavilələr imzalayıb. Müqaviləyə əsasən şirkətlər ordunun ehtiyacları üçün 10 milyard dram məbləğində müxtəlif mal və hərbi sursat təqdim etməli idilər. Lakin malların çatıdırlmasında ciddi pozuntular aşkarlanıb və ya müqavilə ilə nəzərdə tutulan malların əvəzinə keyfiyyətsiz, aşağı qiymətə nazirliyə mallar çatdırılıb. SİA erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

Qeyd olunub ki, baş nazirin korrupsiyaya qarşı mübarizə üzrə köməkçisinin təqdim etdiyi sənədlər əsasında MTX-nın hərbi əks-kəşfiyyat idarəsində cinayət işi başlanıb.

“Hazırda faktla bağlı araşdırma aparılır. Dəyən ziyanın əvvəlcədən hesablanması üçün dəqiq rəqəmlərin müvafiq yoxlamalar və ekspertizası keçiriləcək, qanunsuz əqdləri verən şəxslər aşkar edilərək onların hərəkətlərinə müvafiq hüquqi qiymət veriləcək”-deyə, məlumatda qeyd olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə