BAXCP rəsmisi: “Avropada oturub öz dövlətinə qarşı istifadə olunan tiplər var" ÖZƏL-ŞƏRH

“Ümumiyyətlə sosial şəbəkələrin özü bir vasitədir. Təbii ki, burada Azərbaycan dövlətinin milli maraqlarını sevməyən və konkret olaraq bu yönümdə fəaliyyət göstərən qruplar var. Bunlar daxildə olan milli satqınlardır, radikal müxalifətin təmsilçiləridir və Avropada oturan o natəmiz adamlardır. Avropada oturub öz dövlətinə qarşı istifadə olunan bəlli tiplər var. Bu tiplər Avropanın bir sıra ölkələrində otaqda otuzdurulub və komputerlə təchiz edilib”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bu anti-ünsürlər Azərbaycanda ziyalıları, siyasi rəhbərliyi, millət vəkillərini, media təmsilçilərini, vətəndaş cəmiyyətinin nümayəndələrini hədəfə alıblar: “Onların əsas tapşırığı bu istiqamətə yönəlib. Təbii ki, bu proseslərdə erməni diasporasının da rolu var. Onlar həm dövlətin imicinin korlanmasında, Azərbaycana qarşı qarayaxmaq kampaniyasında bu anti-ünsürlərə maliyyə yardımı ayrırırdı. Sosial şəbəkələr insanların bir həyat tərzinə çevrilib. İnsanların əsas işləri demək olar ki, sosial şəbəkədədir. Bu gün Azərbaycanda 3 milyon “facebook” istifadəçisi var.

Ölkə əhalisinin təxminən 30 faizdən çoxu “facebook”dadır. Belə məkandan qarayaxma kampaniyasını həyata keçirmək təbii bir haldır. Bu gün adı, soyadı bəlli olmayan, saxta, gizli profillərin idarə olunması, təhqirlərin təşkil edilməsinin, böhtan kampaniyalarının aparılmasının, insanların şantaj olunmasının, tanınmış adamların aşağılanmasını həyata keçirən və öndə gedəni Əli Kərimlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...