"İtaliya və Fransa ilə əlaqələrin inkişafı Azərbaycan-Aİ əməkdaşlığına mühüm töhfədir"

"İtalya Prezidentinin Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri bu ölkələr ilə Azərbaycan arasında əlaqələrin dinamik və hərtərəfli şəkildə inkişafının göstəricisidir". SİA-nın verdiyi məlumata görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ölkələrlə qarşılıqlı əlaqələrin inkişafı həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafına mühüm bir töhfədir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə