Vüqar Rəhimzadə: "Azərbaycan mətbuatının uğurlarına sevinmək lazımdır" MÖVQE-ÖZƏL - SƏS TV

“Azərbaycan jurnalistikası 143 il ərzində böyük, şərəfli eyni zamanda məsuliyyətli yol keçib. Son illər bu sahəyə kifayət qədər önəm verilir. Prezident İlham Əliyevin sonun çap mediasına birdəfəlik yardımla bağlı imzaladığı sərəncam mətbuata göstərilən qayğının bariz nümunəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Dövlət başçısının çap mediasının maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində imzaladığı son sərəncamın mətbuatın inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən baş redaktor söyləyib ki, ümumiyyətlə dövlətimizin mətbuata göstərdiyi diqqət müstəqil mətbuatın daha da inkişaf etməsinə geniş imkanlar açır.

Sərəncamla bağlı narazı olan şəxslərə münasibətini bildirən V. Rəhimzadə bunu anormal yanaşma tərzi kimi qiymətləndirib

O söyləyib ki, ölkə başçısının sərəncamına narazı olanlar çirkli pullar, “Soros” fondunun bədniyyətli fikirləri hesabına fəaliyyət göstərən, qeyri-ciddi qurumun üzvləridir: “Həmin şəxslərin özləri də vaxtilə bu yardımlardan bəhrələniblər. İndi öz işləri, əməlləri ilə hazırda kənarda qaldıqları üçün bu cür yanaşma tərzi nümayiş etdirirlər. Lakin bu cür yanaşma başa düşülən deyil. Bu fikirləri qətiyyətlə rəd edirəm. Azərbaycan mətbuatının uğurlarına sevinmək lazımdır. Lakin həmin şəxslərin bu uğurlara sevinmək şanları olmadıqları üçün, onlar sağlam düşüncə ortaya qoya bilmirlər”.

Baş redaktor bildirib ki, çap mediasına ayrılan vəsaitin artıq olması və ümumiyyətlə çap mediasının dayandırılması ilə bağlı fikirlərin arxasında xüsusi sifariş dayana bilər: “ Anti-

Azərbaycan qüvvələrin maliyyə dəstəyi hesabına fəaliyyət göstərənlərin məqsədi ölkəmizin inkişafına, mətbuata qara yaxmaqdır. Qərəzli fikirlər səsləndirənlərin xəstə təfəkkürlü insanlardır”.

Bu gün Azərbaycanda güclü nətbuat orqanlarının formalaşdığını deyən V. Rəhimzadə əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata göstərdiyi qayğı nəticəsində yüzlərlə jurnalist yeni mənzillərlə təmin olunub: “Buna yalnız sevinmək lazımdır. Burada başqa məqam axtarmaq və buna qara yaxmaq ədalətsizlikdir. Mətbuata göstərilən diqqətə görə, Dövlət başçısına təşəkkür edir, bütün həmkarlarımızı Milli Mətbuat günü münasibətilə təbrik edirəm”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə