Sinan Burhan: “Azərbaycan mediası ilə sıx çalışacağıq” SƏS TV

“Anadolu Yayınçılar Dərnəyi olaraq bundan sonra Azərbaycan mediası ilə sıx çalışacağıq”. SİA-nın verdiyi məlumata görə, bu sözləri bu gün jurnalistlərə açıqlamasında Anadolu Yayınçılar Dərnəyinin sədri Sinan Burhan Bakıda keçirilən Beynəlxalq Media Forumunda deyib.

O, Azərbaycanla Türkiyənin bir-birinə dəstəyindən danışıb: “Hər iki ölkənin vətəndaşı bir-birinə könüldən bağlıdır. Türkiyədə Azərbaycanı kimdən soruşsan, böyük bir sevgi ilə danışacaq. 15 iyul gecəsində “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərlə birlikdə Konya şəhərində idik. O gecə xain FETÖ-çular bizi üçüncü dünya ölkəsi səviyyəsinə endirmək istədilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycan xalqı Türkiyəyə dəstəyini əsirgəmədi.

Sonda isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Milli Mətbuat Günü münasibəti ilə hamınızı təbrik edirəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə