Aqil Ələsgər: “Beynəlxalq Media Forumu sayca üçüncüdür” SƏS TV

“Anadolu” Yayınçılar Dərnəyi və “Yeni Çağ” Media Qrupunun birgə təşkilatçılığı ilə baş tutan Beynəlxalq Media Forumu sayca üçüncüdür”. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

Onun sözlərinə görə, forumun təşkilində əsas məqsəd iki qardaş ölkənin mediası arasında əlaqələrin gücləndirilməsi, inteqrasiyanın sürətləndirilməsidir: “Biz Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq, xarici ölkələrin media quruluşları ilə əlaqələrin gücləndirilməsi istiqamətində konkret addımlar atırıq. Bu Forum da həmin tövsiyədən irəli gələn bir addımdır. Tədbirdə Azərbaycan və Türkiyə mediasının durumu, əməkdaşlıq imkanlarından səmərəli istifadə olunması kimi məsələlər müzakirə ediləcək. Bundan başqa, bu günlərdə iki il əvvəl baş vermiş FETÖ-nun çevriliş cəhdi və bundan sonrakı gəlişmələrə də toxunulacaq. İnanıram ki, tədbirin məqsədlərinə tam nail olunacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...