Arzu Nağıyev: "MDB DİN rəhbərlərinin bir araya toplanması çox mühüm platformadır" AÇIQLAMA-ÖZƏL

“Ötən gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın MDB Daxili İşlər Nazirlərinin rəhbərləri ilə görüşü çox mühüm vaxta təsadüf edir. Hazırda terror hadisələri, eyni zamanda cinayətkarlıq baxımından hadisələri sayının çoxaldığı bir dövrdə MDB Daxili İşlər Nazirlərinin rəhbərlərinin bir araya toplanması çox mühüm platformadır”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.

O bildirib ki, görüş zamanı bu platformanın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Birinci vitse-prezident Mehriban xanım Əliyeva MDB nazirlərinin cinayətkarlığın, terror təhdidlərinin qarşısının alınması ilə bağlı mübarizəsinin mühüm amil kimi qeyd etdi: “Cinayətkarlığın qarşısının alınması və təhlükəsizliyin təmin olunması üçün mühüm tərəfdaşlıq platforması olan MDB məkanı və onun hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti mümkün qeyri-sabitliyə qarşı effektiv mübarizə vasitəsi olub və bunun gələcəkdə də qorunub saxlanılması MDB iştirakçıları olan dövlətlərinin hamısının milli maraqlarına uyğundur. Bu baxımdan Birinci vitse-prezident qeyd etdi ki, sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir və Azərbaycan regionun təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir”.

Görüş zamanı Mehriban xanım Əliyevanın mühüm məsələlərə toxunduğunu söyləyən A.Nağıyev vurğulayıb ki, Birinci vitse-prezident Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar probleminin həlli məsələlərinə də toxunaraq bir daha beynəlxalq hüququn da, tarixi reallığın da, ədalətin də Azərbaycanın tərəfində olduğunu bildirərək bu problemin həll edilməsinin vacibliyini diqqətə çatdırdı: “Birinci vitse-prezident görüş zamanı işğal altında olan ərazilərdə qeyri-qanunu fəaliyyətlə bağlı məsələləri də önə çəkmiş oldu. Mehriban xanım Əliyeva haqlı olaraq söylədi ki, Azərbaycan dövləti işğal altında olan ərazilərdə qeyri-qanunu fəaliyyətin dayandırılması və qarşısının alınması üçün bütün qanunu tədbirləri görür və görəcək də”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə