Mehriban Əliyeva: "MDB Daxili İşlər Nazirləri Şurası cinayətkarlıqla səmərəli mübarizə üçün gözəl platformadır"

"MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir. Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir”. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edərkən deyib.

Birinci vitse-prezident bildirib ki, ölkəmizdə cinayətkarlığın səviyyəsi aşağıdır, baş vermiş cinayətlərin çoxu açılıb, ağır və xüsusilə ağır cinayətlərin sayı 30 faiz azalıb və bu müsbət haldır: "MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının operativ informasiya mübadiləsi, risklərin minimuma endirilməsi, mütəşəkkil cinayətkarlıqla, narkotrafik, terrorizm, ekstremizmlə birgə mübarizə üçün çox gözəl platformadır, qloballaşmanın doğurduğu yeni təhdidlər və çağırışlarla səmərəli mübarizə aparmaq üçün əməkdaşlıq zəruridir".

Bütün xəbərlər Facebook səhifəmizdə