Paşinyan bir daha erməni xislətini nümayiş etdirib

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, Erməniatan hökumətinin rəhbəri növbəti dəfə qarşılıqlı güzəştlərdən dəm vurub.

Paşinyan bildirib ki, qarşılıqlı güzəştlərdən danışarkən, güzəştə getməyə hazır olan 2 tərəfdən söhbət getdiyini unutmamalıyıq: “Azərbaycanın güzəştə getməyə hazır olmadığını nəzərə alsaq, nə üçün bizim gedəcəyimiz güzəştlərdən danışmalıyıq? Azərbaycanın güzəştlərə hazır olduğu zaman hökumət və xalq səviyyəsində gedə biləcəyimiz güzəştlərin həddini müəyyən edəcəyik”.

Nikol Paşinyan münaqişənin həllində əsas söz sahibinin Dağlıq Qarabağ erməniləri olduğunu söyləməklə bir daha mənfur erməni xislətini nümayiş etdirib: “Yalnız bunu deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xalqın qəbul etməyəcəyi qərara imza atmayacağıq. Ermənistanda bu addımı atmağa hazır olan hökumət ola bilməz. ATƏT-in bütün sənədlərində Qarabağ xalqının münaqişənin həlli üçün son mərhələlərdə iştirakı təsbitlənib. Xankəndində mən demişdim ki, Azərbaycan Prezidenti ilə müzakirə üçün müəyyən etibar atmosferi yaratdığı üçün faydalıdır. Münaqişənin həlli üçün xoşməramlı atmosfer olmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə