Arzu Nağıyev: “Fransa Azərbaycanı müstəqil partnyor kimi qəbul edir" ÖZƏL

“Azərbaycan dövlətinin Fransa ilə daimi əlaqələri olub. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olduğu üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransa rəhbərliyi ilə daimi təmasda olub”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, cənab Prezidentin Fransaya səfərində əsas məqamlardan da biri “Total” şirkəti ilə bizim əlaqələrimizin olması, hərbi-sənaye kompleksi ilə bağlı müəyyən müqavilələrin imzalanması istiqamətində aparılan danışıqlardır: “Bu gün Fransa dövləti ilə istər siyasi, iqtisadi, istərsə də hərbi baxımından bizim yaxınlığımız mövcuddur. Dövlət başçımızın Fransaya səfəri mühüm əhəmiyyət kəsb edir. Fransa Avropa Birliyində öz sözünü deyən, eyni zamanda NATO-nun üzvü olan mühüm dövlətlərdən biridir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə qarşı təhdidin qarşısının alınmasında iştirak edən bir dövlətdir. Fransa Azərbaycanı bir müstəqil partnyor kimi qəbul edir. Eyni zamanda unutmaq lazım deyil ki, Fransada böyük erməni lobbisi fəaliyyət göstərir. Bunun qarşısını almaq üçün də birbaşa təmas çox mühüm əhəmiyyət kəsb edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə