Deputat: "Azərbaycan-Fransa əlaqələri yüksək səviyyədə inkişaf edir" ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Respublikasına Prezident Emmanuel Makronun dəvəti ilə növbəti səfəri Azərbaycan-Fransa arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunun göstəricisidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Fransa əlaqələri siyasi, iqtisadi, mədəniyyət, təhsil və s. sahələr üzrə yüksək səviyyədə inkişaf edir: “Bakıda fransız liseyinin və Fransa –Azərbaycan universitetinin açılması iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdırıb. Bir neçə gün əvvəl İtaliya prezdentinin Bakıya səfəri, bu gün isə cənab Prezdentin Fransaya səfəri və ümumilikdə Avropa İttifaqının ayrı-ayrı subyektləri ilə Azərbaycanın dostluq əlaqələrinin genişlənməsi, Azərbaycanı Avropa ittifaqına daha da yaxılaşdırır və Azərbaycanı Avropa İttifaqı üçün Cənubi Qafqazda əvəz olunmaz partnyora çevirir”.

Qeyd edək ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Fransaya səfəri başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə