Mais Səfərli: “AXCP-də qalan 5-10 adam pulların davasını aparır” ÖZƏL

“AXCP sədri Əli Kərimlinin partiyanın saxlanılması üçün yığılan üzvlük haqlarını yeyib cəbhəçiləri ac qoyması çox ciddi bir məsələdir. Əli Kərimli öz cəbhədaşlarına qarşı çox böyük xətaya yol verir. Əgər AXCP-yə vəsait verilirsə, bu həmin təşkilata verilir Əli Kərimliyə yox”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, siyasi təşkilatlara, siyasi partiyalara xaricdən maliyyə ayırmaq qadağandır: “Onların xaricdən maliyyələşdirilməsi Azərbaycan Konstitusiyasına və qanunlarına daban-dabana ziddir. Bu bizim ölkəmizin təhlükəsizliyini təhdid edir. Yəni bu təkcə bizdə deyil, bütün demokratik hüquqi dövlətlərdə belədir. Siyasi partiyalar nədən ötrüdür? Siyasi partiyalar hakimiyyətə gəlmək, hakimiyyət uğrunda mübarizə aparan təşkilatlardır. Bir anlığa fərz edək ki, xaricdən maliyyələşən siyasi təşkilatlar Azərbaycanda iraq olsun hakimiyyətə gəlirlər. Nə baş verər? Beləcə Azərbaycan düşmənlərimizin əlinə düşə bilər. Bu təhlükəli məsələdir.

Biz bundan qisas almaq, yol verməmək üçün Konstitusiyamızda və qanunlarımızda da nəzərdə tutulub ki, siyasi xaricdən maliyyələşə bilməz. Əgər maliyyələşirsə bu qanunla qadağan olunub və cinayət tərkibi yaradır. Əli Kərimli xaricdən maliyyə alıbsa, bunu onun təşkilatına veriblər. Əli Kərimli həmin vəsaitləri özünə xərcləyərək biabırçı vəziyyətə yol verib. Ona görə də bu təşkilatda çox ciddi proseslər gedir. Orada qalan 5-10 adam da hal-hazırda həmin pulların davasını aparır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə