Politoloq: “İtaliya Azərbaycanın dostu olan ölkədir” ÖZƏL

“Azərbaycan dövləti bütün ölkələrin ərazi bütövlüyünü tanıyır, hörmətlə yanaşır, həmçinin heç bir ölkənin daxili işinə qarışmır”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın bütün ölkələrlə çox yaxşı münasibətləri var və onlardan biri də İtaliya dövlətidir: “İtaliya həm ölkəmizin ərazi bütövlüyünü tanıyır, həm də beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini hər zaman dəstəkləyir. Bu münasibətlərin təməli Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə qoyulub və bu gündə də həmin münasibətlər cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bilirsiniz ki, Heydər Əliyev Fondu İtaliyada hümanitar tədbirlər həyata keçirərək bu münasibətlərimizi daha da möhkəmləndirmişdir. Heydər Əliyev Fondunun İtaliyada dini məbədlərin və tarixi abidələrin təmir olunmasını öz üzərinə götürməsi əlaqələrimizin yeni mərhələlərə gətirib çıxarmasına səbəb oldu. Buna görə də Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan-İtaliya münasibətlərinin daha da möhkəmlənməsində xüsusi xidmətləri vardır. Beləliklə biz deyə bilərik ki, İtaliya Azərbaycanın istər iqtisadi əməkdaşlıqda, istərsə də mədəni münasibətlərdə, siyasi arenada dostu olan bir ölkədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə