Əli Kərimlinin maliyyə mənbələri SIYASI RAKURS

AXCP sədri pulları yeyir, cəbhəçiləri isə ac qoyur

Bəllidir ki, AXCP sədri Əli Kərimli maliyyə maxinasiyaları vasitəsi ilə necə deyərlər, qaz vurub, qazan doldurmaqla məşğuldur. Məsələ ondadır ki, onun cibinə axan maliyyələr müxtəlif yerlərdən göndərilsə də, əsas məqsəd kimi o əldə etdiyi maddi gəlirlərinin çox cüzi hissəsini partiyası üçün xərcləyir. Yerdə qalanları isə ailəsinin xarici ölkələrdə kef etməsi üçün ayırır. Misal üçün, Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov və digər şəxslər vasitəsi ilə hər ay Rusiyadan 30 min dolların Əli Kərimliyə çatdırılması faktının Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ifşa edilməsi bir çox mətləblərə aydınlıq gətirir.

Məsələn, qanunvericilikdə bildirir ki, siyasi partiyaların xaricdən maliyyələşməsinin Azərbaycanın qanunvericiliyi ilə qadağan olunması, saxlanılan şəxlsər barəsindəki digər ittihamlar məsələnin hüquqi müstəvidə olan tərəfidir.

Əli Kərimli partiyanın saxlanılması üçün yığılan üzvlük haqlarını da yeyir!

Məsəlnin ikinci tərəfi isə silahdaşlarını qanunları pozmasına, azadlıqlarını riskə atmasına sövq edən, onlarla cəbhəçi gənclərin təhsillərinin yarımçıq qalmasına səbəb olan Əli Kərimli bu gün də onlara xəyanət etməsidir.

Ümumiyyətlə, AXCP sədrinin dırnağarası məharəti, daha doğrusu, siyasi dələduzluğu ondan ibarətdir ki, pulu göndərənləri bunun partiyanın məqsədləri üçün xərcləndiyinə, buradakı partiya üzvlərini isə maddi çətinliklərlə partiyanı idarə etdiklərinə inandıra bilib. Üstəlik, partiyanın saxlanılması və tədbirlərin keçirilməsi adı altında üzvlərdən də pul yığılıb. Fəqət, həmin pullar da yeyilib.

Faktlar isə göz önündədir, Kərimlinin boş ambisiyaları uğurunda qanunsuz fəaliyyəti gözə alan şəxslər indi dəmir barmaqlıqlar arxasındadır, ölkə daxilindəki azsaylı partiya üzvləri səfil və sərgərdan vəziyyətdə hələ də AXCP sədrinin boş vədlərinə, illüziyalarına, utopik xəyallarına sadəlövhcəsinə inanırlar. Halbuki, yuxarıda da qeyd olunduğu kimi, kef-damaqlarından qalmayan Kərimlilər ailəsi istər Bakıda, istərsə də xarici ölkələrdə lüks həyat tərzi sürür.

Yay mövsümü bitəndən sonra AXCP sıraları demək olar ki, yox səviyyəsinə çatacaq

Artıq Ə.Kərimlinin oğlu Türkel Kərimli dünyanın ən bahalı şəhərində - Londonda eyş-işrət məclisləri düzənləməsi barədə kifayət qədər fkatlar mövcuddur. Düzdür, arvadı Samara da Avropada biznes qurub, lakin Ə.Kərimlinin özü bəlli pasport məsələsinə görə, hələlik, siyasi dələduzluq vasitəsi ilə qazandığı pullarını bahalı maşınlarına, cangüdənlərinə xərcləyir.

Ancaq daha bir fakt da budur ki, bu reallıqları vaxtında anlayanlar AXCP sədrindən üz döndəriblər. Bu üzdönmələrin isə sayı artacaq. Ən azı, yay mövsümü bitəndən sonra AXCP sıraları demək olar ki, yox səviyyəsinə çatacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə