Asim Mollazadə: “İtaliya ilə Azərbaycanın çoxşaxəli iqtisadi münasibətləri var" ÖZƏL

“İtaliya prezidentinin Azərbaycana səfəri çox uğurlu oldu. Avropa Birliyi ölkələrinin arasında İtaliya Azərbaycanın iqtisadi sahədə ən əsas tərəfdaşlarından biridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, bizim ölkələrimiz arasında çoxşaxəli iqtisadi münasibətlər var: “Bununla yanaşı İtaliya Azərbaycanın strateji layihəsi ilə bağlı iştirakçı ölkələrdən biridir. TAP layihəsinin məhz əsas hədəfi İtaliyaya Xəzər hövzəsi ilə enerjini, qazı daşımaqdır. İtaliya prezidenti və onu səfəri zamanı müşahidə edən xidmətin nümayəndələri Azərbaycanın bütün layihələrinə öz dəstəyini ifadə edirlər. Mən bunu çox mühüm bir amil hesab edirəm. Bu il ATƏT-ə sədrlik İtaliyaya keçib. İtaliya Azərbaycana sülh axtarışları istiqamətində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində öz dəstəyini ifadə edib və beynəlxalq hüquq normaları çərçivəsində tezliklə sülhün əldə olunması üçün dəstək olacağını ifadə edir. Səfər özlüyündə çox uğurludur. Bizim ikitərəfli münasibətlərimiz, eyni zamanda Avropa Birliyinin çox mühüm bir ölkəsi olan İtaliya ilə Azərbaycanın hümanitar sahədə də əməkdaşlığı daha da güclənəcək. Mən buna böyük dəyə verirəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə