Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib

Türkiyə hökuməti 2016-cı ilin iyulunda çevriliş cəhdindən sonra tətbiq olunan fövqəladə vəziyyət rejimini ləğv edib. Anadolu informasiya agentliyi xəbər verir ki, fövqəladə vəziyyət rejimi bu gün yerli vaxtla 01:00-da qüvvədən düşüb. Fövqəladə vəziyyət rejimi ötən il iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Sonra isə parlament fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair ümumilikdə yeddi qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə