Prezident sərəncamda dəyişiklik etdi SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb. Sənəddə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 174; 2002, № 1, maddə 71; 2004, № 4, maddə 282, № 7, maddə 566; 2005, № 8, maddə 733; 2007, № 12, maddə 1251; 2009, № 2, maddə 93; 2012, № 5, maddə 442; 2015, № 11, maddə 1301; 2016, № 12, maddə 2174) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Komissiyanın katibi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri.”.

2. 2-ci hissəyə “Hüquq mühafizə orqanları ilə iş” sözlərindən sonra “və hərbi məsələlər” sözləri əlavə edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə