Erməni olmaq üçün erməni kimi dünyaya gəlməyə ehtiyac yoxdur

Bu xislətdə olan Leyla Yunusu qəbir də düzəltməz

Belə bir məsəl var ki, erməni olmaq üçün heç də erməni kimi dünyaya gəlməyə ehtiyac yoxdur. Yəni insan gördüyü mənfur işlərlə, dağıdıcı əməlləriylə və xəyanətkarlığıyla da ermənilərə bənzəyə bilər. Fakt budur ki, xalq arasında "Sülh və Demokratiya İnstitutu"nun direktoru Leyla Yunus həm əməlləri ilə, həm də ermənilərlə yaxın qohumluğu səbəbiylə bir çoxları tərəfindən bu adla anılır. Xüsusilə, ölkədə hansısa bir hadisə olursa, L.Yunusun səsi gəlir. Elə buna görə də, ictimaiyyət, birmənalı şəkildə, L.Yunusu erməni təfəkkürü ilə hərəkət edən, ölkəmizə qarşı, məhz ermənilərə xas yanaşma tərzi ortaya qoyan bir "hüquq müdafiəçisi" kimi tanıyır, onu bu cür qiymətləndirir. Həmkarları da onu "qəddar", "isterikaçı" və "Azərbaycanın düşməni" adlandırırlar.

Bu yerdə bəzi xatılatmalara müraciət etmək istərdim. Belə ki, "hüquq müdafiəçisi" Novella Cəfəroğlu L.Yunus barədə danışarkən kəskin fikirlər səsləndirərək, demişdi ki, "Sülh və Demokratiya İnstutu"nun direktoru Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni və Avropa Şurasının siyasi məsələlər üzrə direktorluğunun başçısı Aleksandr Gessellə keçirilən görüşdə özünü kobud apararaq, artistizm nümayiş etdirib: "Görüşdə iştirak edən "Sülh və Demoktariya İnstitutu"nun rəhbəri L.Yunus digər iştirakçıların sözünü kəsərək, onların çıxışlarına kobudcasına müdaxilə edirdi. Beləliklə də, bizim qonaqlarla apardığımız söhbət onun isterik qışqırıqları ilə müşayiət olunurdu. L.Yunusun özünüreklam məqsədilə verdiyi informasiyadan da aydın görünürdü ki, o özünü cilovlamağı lazım bilmirdi. "Mən özümü saxlaya bilmədim...", "Mən qışqırığa keçirəm...", "Mən, sadəcə, qışqırıram... Mən müdaxilə edirəm..." və sair bu kimi digər ifadələr onun şəxsiyyətindəki ciddi çatışmazlıqları ortaya qoyur. Təbii ki, yaranmış belə bir mühitdə sivil qaydada diskussiya aparmazlar". N.Cəfəroğlunun sözlərinə görə, görüşdən sonra Yunus görüş haqqında "stenoqram" adı altında yanlış və alayarımçıq informasiyanı kütləvi informasiya vasitələrinə, xüsusilə, "Azadlıq" qəzetinə yayaraq, cəmiyyətdə çaxnaşma yaratmağa çalışıb. "Azərbaycan İnsan Hüquqları Mərkəzi"nin direktoru Eldar Zeynalov və "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də L.Yunusun çox zaman isterik davranışlara yol verdiyini bildirirlər. Onlar, belə hesab edirlər ki, əgər bir adam ölkəsinin milli maraqlarını düşmənə belə satmağa hazırdırsa, ondan daha pis əməlləri də gözləmək olar.

Leyla Yunusu qəbir də düzəldə bilməz

Sürətlə dəyişmək, cilddən-cildə girmək kimi erməni xüsusiyyətləri Leyla Yunusda kifayət qədər var. Bu, o L.Yunusdur ki, Azərbaycan dilini yalnız söyüş vasitəsi kimi görərək, "bu dildə ancaq söyüş söyməklə" öz tərbiyyəsizliyini göstərməkdədir. Bu, onun ermənilər kimi özünü təsdiqləməsinin sübutu deyilmi?! L.Yunusun Azərbaycan xalqı və dövləti əleyhinə apardığı təbliğat kampaniyası ermənipəst qüvvələrin ölkəmizə qarşı törətdiyi məkrli əməllərdən heç də fərqlənməyib. Həbsdən azad olunmasına görə, təşəkkürlər etmək əvəzinə, yenə də xarici havadarlarının istəklərini yerinə yetirməyə cəhdlər göstərir. Bir də pozucu əməllərini sifarişlə həyata keçirən şeytan cildində olan L.Yunusun Azərbaycan dövlətçiliyinə və ölkədə siyasi sabitliyi pozmağa çalışanların müdafiəsinə qalxması heç də təəccüb doğurmadı. Çünki hər iki tərəf şeytanla belə iş birliyi qurmaqdan çəkinməyən ünsürlərdir. Bu gün də L.Yunus yenidən "siyasi mübarizəyə" geri döndüyünü bəyan edərək, Gəncədə törədilən terrorda əli olanlara qahmar çıxır. Görürsünüz, məhz ölkə rəhbərliyinin bariz humanizm aktından yararlanaraq, azadlığa buraxılan zaman L.Yunus bu işdə xidməti olan tərəflərə ömrünün sonuna qədər minnətdar olduğu halda, yenə də hansı xislətdə olduğunu nümayiş etdirir. Çünki Leyla Yunus kimilərinin fəaliyyəti yalnız ermənipərəst dairələrin pulu qarşılığında nökərçilikdən ibarətdir. Bir də qozbeli qəbir də düzəldə bilməz. Bu yerdə beləsinə ay b... desən də, azdır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə