Arzu Nağıyev: "İtaliya ilə Azərbaycan arasında yaxınlaşma var" MÖVQE-ÖZƏL

“Son vaxtlar İtaliya ilə Azərbaycan arasından həm iqtisadi, həm siyasi cəhətdən yaxınlaşma var”. Bu fikirləri SİA-ya siyasi şərhçi Arzu Nağıyev İtaliya prezidenti Sercio Matarellanın ölkəmizə səfərini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olması ölkəmizin İtaliya ilə iqtisadi cəhətdən yaxınlaşmağımızı labüd edir.

İki ölkə arasında mədəniyyət əlaqələrinin olduğunu deyən A.Nağıyev söyləyib ki, Azərbaycanın mədəni irslərə hörmətlə yanaşması nəticəsində ölkəmiz İtaliyada mədəni cəhətdən bir sıra abidələrin və strukturların inkişafında bir sıra rola malikdir.

Siyasi-şərhçi qeyd edib ki, iki ölkə arasında iqtisadi cəhətdən inkişaf olduqda, bu inkişaf siyasətə də öz təsirini göstərir: “İtaliyanın ATƏT-ə sədrlik etməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət dəstəyini verə bilər. Bildiyiniz kimi bundan öncə Bolqarıstan ATƏT-ə sədrlik edirdi və bu müddət ərazində onların Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzu etdikləri hiss olunurdu”.

A.Nağıyev söyləyib ki, İtaliya rezidentinin Azərbaycana səfəri ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən nəzərə alınacaq: “Əgər bir ölkəyə prezident səviyyəsində səfər olunursa, bu müəyyən təsir dairəsinə malik ola bilər. İtaliya Prezidentinin Azərbaycana səfəri həm siyasi, həm iqtisadi, həm də ərazi bütövlüyümüzün tanınması baxımından çox mühüm əhəmiyyət kəsb edən səfərdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə