Müdafiə nazirinin oğlu da Qarabağ separatçılarına qoşuldu

Ermənistanın müdafiə naziri David Tonoyanın oğlu Edqar Tonoyan Dağlıq Qarabağdakı qanunsuz hərbi birləşmələrdə xidmət keçəcək. SİA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, bu gün İrəvandakı toplanma məntəqəsində püşkatma yolu ilə reallaşan bölüşdürülmə zamanı E.Tonoyanın "bəxtinə" Dağlıq Qarabağda xidmək keçmək düşüb.

Xəbər verdiyimiz kimi, bundan əvvəl Ermənistanın baş naziri Paşinyanın oğlu da Dağlıq Qarabağda xidmət keçmək istədiyini "könüllü" şəkildə bildirmişdi. Amma siyasətçilər Aşot Paçinyanın bu istəyinin atasının nüfuzuna müsbət təsir etməsindən qaynaqlandığı iddiasındadırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə