Rasim Musabəyov: “Qanun çərçivəsində onların cavabları verilməlidir" ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyev Gəncə hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirilən iclasda haqlı olaraq bildirdi ki, Azərbaycana qarşı yalan, iftira üzərində qurulmuş kampaniyaların heç bir səmərəsi olmayacaq”. Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.

“Hətta mən deyərdim ki, burada söhbət tək kampaniyalardan da getmir. Burada konkret olaraq Azərbaycan dövlətçiliyinə qarşı qəsddən söhbət gedir. Polisə hücumun təşkil olunması belə qəbuledilməz bir haldır. Radikal və terrora meylli qruplar Azərbaycan polisini qətlə yetirdilər. Əgər kimlərsə onlara xaricdən, daxildən və media, sosial şəbəkələr vasitəsilə dəstək verirlərsə, düşünürəm ki, çox yanlış bir addım atırlar. Hesab edirəm ki, qanun çərçivəsində onların da cavabları verilməlidir. Xarici mediada verilən yalnış və yaramaz hansısa fikirlərə isə dərhal cavab verilir”- deyə, politoloq fikrini tamamlayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirilən iclasda bildirmişdi ki, müxtəlif xarici mərkəzlərdən idarə olunan medianın Azərbaycana qarşı apardığı qaralama kamaniyasının heç bir səmərəsi yoxdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə