XİN rəsmisi: “Ölkəmizin gücündə xalq-iqtidar birliyi dayanır" ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə də haqlı olaraq bildirdi ki, ölkəmizə qarşı müxtəlif təxribatlardan, vasitələrdən istifadə edərək kampaniya aparmağa cəhd göstərən dairələr vardır. Bu xarici media vasitələrində Azərbaycana qarşı provokativ və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatların yerləşdirilməsində özünü göstərmişdir. Cənab Prezident də öz çıxışında bu məsələyə toxunmuşdu”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qurum sözçüsünün sözlərinə görə, dedən proseslər bir daha onu göstərdi ki, bu kimi yazıların, kampaniyaların Azərbaycana heç bir təsiri yoxdur: “Çünki Azərbaycan dövləti güclüdür. Ölkəmizin gücündə də ilk növbədə xalqın dəstəyi və xalq-iqtidar birliyi dayanır. Gəncədəki son hadisələr bir daha göstərdi ki, yenə də ölkəmizin inkişafı, onun müstəqil siyasəti təkcə Ermənistanı yox, bəzi başqa xarici dairələri də ciddi şəkildə narahat etməkdədir. Azərbaycan öz müstəqillik tarixində bu kimi təxribatları çox görmüşdür. Azərbaycanın müstəqil, sabit və davamlı inkişafı ilk növbədə xalq-iqtidar birliyinə əsaslanır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi iclasda birmənalı olaraq bildirmişdi ki, Azərbaycana qarşı yalan, iftira üzrəində qurulmuş kampaniyaların heç bir səmərəsi olmayacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə