Asim Mollazadə: “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır" ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərində ölkəmiz öz istəklərinə nail oldu. NATO Azərbaycanı yüksək qiymətləndirdi. Bizim əməkdaşlığımız bu istiqamətdə bundan sonra da davam etdiriləcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır: “Bununla yanaşı Azərbaycan Avropa İttifaqı ilə öz tərəfdaşlığının prioritetləri haqqında sənəd imzalayaraq gələcəkdə ikitərəfli münasibətlərin çoxşaxəli seqmentlərinin inkişafına yeni zəmin yaratmış olacaq. Bu mənada düşünürəm ki, Azərbaycan həm NATO ölkələri üçün, həm də Avropa üçün önəmli tərəfdaş olması səfər zamanı təsdiq olunub.

Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır. Bu sənəd bizim gələcək böyük sənədin bir platformasıdır. Azərbaycanı və eyni zamanda Avropanı maraqlandıran bütün istiqamətlər orada öz əksini tapıb. Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyir. Sərhədlərin toxunulmazlığı məsələsi Avropa İttifaqı tərəfindən ilk dəfə xüsusi qeyd edildi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə