Finlandiya prezidenti Rusiyaya səfər edəcək

Finlandiya prezidenti Sauli Niistyo avqustun 22-si Rusiyaya səfər edəcək. SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin finlandiyalı həmkarı ilə görüşü zamanı bildirib.

V.Putin deyib: "İkitərəfli münasibətlərə gəldikdə, biz bunları 22 avqust sizin Rusiyaya səfəriniz zamanı ətraflı müzakirə edəcəyik".

V.Putin qeyd edib ki, bu gün Helsinki dünyanın siyasi paytaxtına çevrilib. Rusiya prezidenti qəbula görə Finlandiyaya təşəkkürünü bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında ilk tam formatlı görüş bu gün Finlandiyanın paytaxtı Helsinkidə keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə