Ərdoğanla Tramp arasında telefon danışığı olub

Helsinkidə keçirilən ABŞ və Rusiya prezidentlərinin tarixi görüşü ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Donald Tramp arasında telefon danışığı olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Suriya məsələsini NATO zirvə görüşünün mövzuları barədə danışıblar.

Türkiyə prezidenti mətbuat şurasından məsələ ilə bağlı açıqlama verilib. “Bu gün ölkə başçısı Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donal Tramp arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı Brüsseldə NATO zirvəsindəki mövzuların davam etdiriliməsinin vacibliyinə toxunan hər iki lider, Suriyadakı irəliləyişlər barəsində fikir mübadiləsi aparıblar. Ərdoğan ABŞ prezidenti Donald Trampa Rusiya prezidenti Vladimir Putin ilə görüşünün vacibliyini vurğulayaraq ona uğur diləyib. Danışıqlarda Münbiçdəki ortaq yol xəritəsinə əməl olunmasının Suriyada məsələsinin həllində önəmli bir fayda verəcəyi vurğulanıb. İki ölkə arasında ədliyyə məsələlərinə də toxunulub. Ölkə başçısı Ərdoğan və ABŞ prezidenti Donald Tramp bütün sahələrdə ikitərəfli tərfdaşlığı davam etdirməyi qərara alıblar” – açıqlamada qeyd edilib.

Qeyd edək ki, Helsinkidə ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən tarixi görüşdə Suriya problemi və Əsəd Rejiminin də müzakirə olunacağı gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə