Mehdi Balabəyov: "Qətiyyətimizi ortaya qoyacağıq" MÜNASİBƏT

"Heç bir təxribatçı qüvvə Azərbaycanda mövcud olan sabitliyi poza bilməyəcək". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov radikal dini qrupların təxribatçı və terrorçu əməllərinin ifşasına münasbətini billdirərkən deyib.

"Gəncədə baş verən hadisələr və Sumqayıtda radikal dindarların, eləcə də müxalifət üzvlərinin həbs edilməsi hüquq-mühafizə orqanlarının keçirdikləri uğurlu əməliyyatların məntiqi göstəricisidir", - deyə qeyd edən Mehdi Balabəyova bildirib ki, bundan sonra da heç bir təxribatçı qüvvə öz məkrli planlarını gerçəkləşdirə bilməyəcək: "Belə ki, Azərbaycanda xalq-dövlət birliyi möhkəm təməllərə əsaslanıb və bu təmələ xələl vurmaq mümkün deyil. Cənab Prezident İlham Əliyev keçirdiyi son müşavirələrində də vurğulayıb ki, bu gün xalqımız öz dövlətinin ətrafında sıx birləşib və bu birliyi pozmağa çalışan daxili və xarici düşmənlər öz layiqli cəzalarını alıblar, bundan sonra da alacaqlar. Azərbaycanın dünyada tərəqqi etməsi, nüfuz qazanması əlbəttə ki, bizi istəməyən bəzi dairələri narahat edir və həmin dairələr zaman-zaman bu cür cəhdlər etsələr də, məğlub olurlar".

YAP Şabran rayon təşkilatının sədri eyni zamanda vurğulayıb ki, ölkəmizdə mövcud olan dini tolerantlıq, multikultural dəyərlər tarixlər boyu formalaşıb, digər ölkələrə nümunə olaraq göstərilib. Bu baxımdan, radikal dindarların dini özləri üçün alət etmələri, ondan sui-istifadə edərək, dövlətçiliyimizə qarşı istifadə etmək cəhdləri baş tutmayacaq: "Bu cəhdlərin qarşısını hüquq-mühafizə orqanları ilə yanaşı, xalq da alır. Dövlətçilik maraqlarıımız hər şeydən üstündür və xalqımız da bunu yaxşı anlayır. Əgər kimlərsə bunu anlamırsa, dərk etmirsə, qanunun sərt üzü ilə qarşılaşmalı olacaq. Bunu dövlət başçımız da öz çıxışında qətiyyətlə vurğulayıb. Ona görə də əminik ki, Gəncədə iki polis zabitimizi vəhşicəsinə qətlə yetirənlər, sosial şəbəkələrdə itaətsizliyə çağırış edənlər, Sumqayıtda və başqa şəhərlərimizdə qarşıdurma, xaos, anarxiya yaratmaq istəyənlər qanunun sərt tərəfini görəcəklər".

"Artıq, Azərbaycanı istəməyən qüvvələr də anlamağa məhkumdurlar ki, onların bu planları da baş tutmadı"-deyə qeyd edən Mehdi Balabəyov hər bir azərbaycanlının qətiyyətli mövqe ortaya qoyaraq, dövlət qarşısında vətəndaşlıq borcundan layiqincə çıxdığını bildirib: "Bizlər, məhz Prezident İlham Əliyev siyasətinin ətrafında birləşərək, Azərbaycanımızı inkişaf etdirib, qaranlıq və mənfur qüvvələrin məhv olunmasında qətiyyətimizi ortaya qoyacağıq".

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə