“Azərbaycan dünyaya çox mühüm dəyərlər, töhfələr verən ölkədir” ÖZƏL

“Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri ən yadda qalan və ən uğurlu səfərlərdən biridir. Bu səfər çərçivəsində dövlət başçısının bir sıra ölkələrin hökumət və dövlət başçıları ilə görüşlərində, eyni zamanda NATO-un Baş katibi və Avropa İttifaqının nümayəndələri ilə görüşdə Azərbaycanın Avropaya və əksinə Avropanın Azərbaycan nə qədər önəm verildiyinin bir göstəricisi idi”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır: “Təbii ki, imzalanmış sənədlər Azərbaycanın kifayət qədər uğurlu mənafeyinə xidmət göstərən sənədlərdir. Səfər çərçivəsində qarşılıqlı ikitərəfli münasibətlərin daha yüksək səviyyədə inkişafı ilə bağlı kifayət qədər önəmli mesajlar verildi və tədbirlər görüldü. Biz burada Azərbaycanın artan rolunun və ölkəmizə nə qədər xüsusi önəm verildiyinin bir daha şahidi olduq. Prezidentin Brüsselə səfərini yüksək qiymətləndirirəm. Bu səfər ən yadda qalan səfərlərdən biri oldu. Azərbaycan dünyaya çox mühüm dəyərlər, töhfələr verən bir ölkədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...