Komitə sədri: "Azərbaycan mediası din sahəsində geniş fəaliyyət göstərir"

"Azərbaycanda bəzi ekstremist və radikal qruplar din pərdəsi altında gizlənərək ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa yönələn cəhdlər ediblər". SİA-nın verdiyi məlumata görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə aciqlamasında deyib.

Komitə sədri bildirib ki, bu cəhdlərin ifşa olunmasında mətbuatın özünəməxsus rolu var: "Bütövlükdə Azərbaycan mediası din sahəsində, milli-mənəvi dəyərlər sahəsində geniş fəaliyyət göstərir. Ancaq bununla bərabər indiki durumda həqiqətin ortaya çıxarılması və həmin radikal elementlərin cinayətkar ekstremist dairələrin dindən sui-istifadə etməsi hallarının daha geniş şəkildə ictimaiyyyətə çatdırılmasına ehtiyac var. Cənab prezidentin keçirdiyi müşavirədə din adından sui-istifadə edənlərin hansı məqsədlər daşıdığı açıq şəkildə ifadə edilib, hüquq mühafizə orqanlarımız da bu istiqamətdə geniş fəaliyyət göstərməkdədir, dini maarifləndirmə istiqamətində Qafqaz Müsəlmanları İdarəsi ilə birgə tədbirlər keçiririk".

M.Qurbanlı deyib ki, bu gün Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədə qorunur”: "Amma bizim ölkəmizdə xaricdən və daxildən din adı altında gizlənən qruplar ictimai-siyasi sabitliyi təhdid edən hərkətlərə yol verirlər. Bunun qarşısını almaq üçün bizim təbliğatımızın daha geniş şəkildə aparılmasına geniş ehtiyac var".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə