Türkiyədə 15 iyul - dövlət çevrilişinə cəhd olayından 2 il keçir. SİA-nın xəbərinə görə, bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd edilir. Bu münasibətlə bütün ölkə üzrə şəhidlərin anım mərasimləri təşkil olunur. Qeyd edək ki, 2016-cı il iyulun 15-də özünü "Yurdda Sülh Konseyi" adlandıran bir qrup şəxs Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə