Siyasi şərhçi: “Təxribatçı qruplar öz əməllərinə nail ola bilmədilər" EKSKLÜZİV

“Şübhəsiz ki, Azərbaycanın hüquq-mühafizə orqanları həyata keçirdikləri son əməliyyatlarla sübuta yetirdilər ki, heç bir cinayətkar, terrorçu Azərbaycan vətəndaşının həyatına qəsd şəxs ölkə qanunlarının cəza mexanizmlərindən kənarda qala bilməz. Onlara qarşı ən sərt tədbirlər həyata keçirəcək”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu günə qədər müstəqillik dövründə Azərbaycana qarşı hansı terror qrupları, cinayətkar qruplar addımlar atmağa cəhd göstəriblərsə onların ədalət məhkəməsi qarşısında dayanması təmin edilib: “Bundan sonra da Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər. Azərbaycan Prezidenti öz polisinə, ordusuna, təhlükəsizlik orqanlarına güvənir. Əmindir ki, ölkənin təhlükəsizliyinə, ictimai asayişin pozulmasına qarşı atılan hər addımın qarşısı qətiyyətlə kəsiləcək. Azərbaycan polis zabitlərinin öz həyatları bahasına dövlət quruluşumuzun əleyhinə atılan bütün addımları qarşısını aldılar. Təbii ki, bu da sübuta yetirir ki, bizim hüquq-mühafizə orqanlarımız kifayət qədər peşəkar, vətənpərvər insanlardan ibarətdir. Onlar yeri gələndə ehtiyac duyularsa hətta vətənləri, öz dövlətləri üçün həyatlarından belə keçməyə hazırdırlar.

Şübhəsiz ki, təxribatçı qruplar öz əməllərinə nail ola bilmədilər. Artıq bu istiqamətdə ciddi addımlar atılır. Kimlər bu prosesdə iştirak edibsə onların əhəmiyyətli hissəsi məsuliyyətə cəlb olunub. Çağırışlar edən digər şəxslər barəsində də müvafiq addımlar atılır. Şübhə etmirəm ki, ölkəmizə qarşı təxribat törədən, terrora çağırış edən, qanuni hakimiyyətin silahlı yolla çevirilməsinə çağırış edən bütün qruplar, şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə