Arzu Nağıyev: “Təhdidlərin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının rolu müstəsnadır" EKSKLÜZİV

“Ümumiyyətlə son vaxtlar baş verən hadisələr birbaşa ona dəlalət edir ki, hüquq-mühafizə orqanları tam şəkildə əməliyyat şəraitinə nəzarət edirlər. Demək olar ki, bu nəzarətin müqabilində həmin terrorçuların zərərsizləşdirilməsi, eyni zamanda tam şəkildə Gəncə şəhərində və respublikada sakitliyin bərqərar olması çox mühüm amildir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev də ötən gün respublikanın hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda qeyd etdi: “Yəni hər hansı bir milli təhlükəsizliyə, dövlət təhlükəsizliyinə təhdid varsa, bu təhdidin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının rolu müstəsnadır. Ona görə də hüquq-mühafizə orqanları tam şəkildə təbii ki, Azərbaycan vətəndaşları ilə birlikdə onların konustision hüququnu qorumaq üçün hüquqi normalar daxilində və çərçivəsində bu addımları atırlar. Məhz buna görə də cənab Prezident bunu qeyd edir və göstərir ki, hüquq-mühafizə orqanları bizi qorxutmağa cəhd edən, adını terrorist qoyan müəyyən qüvvələrin qarşısını məharətlə və hüquqi çərçivədə aldı. Yəni bu gün hüquq-mühafizə orqanları demək olar ki, belə bir çətin əməliyyat şəraitində özünü müsbət tərəfdən göstərdi. Düşünürəm ki, bu istiqamətdə də addımlar atılacaqdır. Təbii ki, hər bir məsələdə müəyyən çətinliklər olur və onların da qarşısını almağa hüquq-mühafizə orqanları qadirdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə