YAP Yevlax rayon təşkilatında şura iclası keçirildi

Bu gün YAP Yevlax rayon təşkilatında genişləndirilmiş şura iclası keçirildi. İclası YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov açaraq, mövcud gündəlik barədə məlumat verdi. O bildirdi ki, partiya nizamnaməsindən irəli gələn məsələləri daim diqqətdə saxlamaq partiyanın struktur heyətinin toplantılarını vaxtında keçirməklə biz həm Yeni Azərbaycan Partiyasının nizamnaməsinə əməl edərək, vəzifə borcumuzu yerinə yetirmiş oluruq, eyni zamanda, ölkəmizdə, eləcə də, Yevlax şəhərində baş vermiş və cərəyan edən ictimai-siyasi məsəslərdən vaxtında xəbərdar olaraq, işimizi bu istiqamətdə qururuq. Bu gün hər bir Azərbaycan vətəndaşının xüsən biz partiya fəallarının üzərinə düşən vəzifə Cənab Prezidentin, Partiyamızın Sədrinin müvafiq tövsiyə və tapşırıqlarını zamanında yerinə yetirməklə ölkəmizin inkişafı naminə xidmət göstərməkdir.

Sonra YAP Yevlax rayon təşkilatının sədr müavini və aparat rəhbəri Əli Quliyev son 6 ay ərzində idarə heyətinin iş bölgüsünə əsasən, ilk təşkilatlarda olan nizam-intizam və sənədləşmə işlərinin yoxlanılması, eyni zamanda, siyasi maarifləndirmə işinin qurulması haqqında məruzə etdi. Bildirdi ki, YAP Yevlax rayon təşkilatının 85 məhəlli-ərazi ilk partiya təşkilatında 8811 nəfər partiya üzvü birləşir ki, onlardan 103 nəfər partiya üzvü son 6 ay ərzində qəbul olanlardır. YAP Yevlax rayon təşkilatı işini partiya nizamnaməsinin tələbləri dairəsində qurur. Müntəzəm olaraq, YAP Mərkəzi Aparatına görülən işlər haqqında məlumat verir.

Gündəlikdə duran növbəti məsələ haqqında məlumat verən YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov Yeni Azərbaycan Partiyasının ölkə və şəhərimizin ictimai-siyasi həyatında fəallığı haqqında geniş şəkildə çıxış etdi. O, Cənab Prezidentin uğurlu daxili və xarici siyasətindən söz açaraq, tədbir iştirakçılarını bir daha maarifləndirmiş oldu. O bildirdi ki, təəssüfləndirici bir məqam var ki , bu gün ölkəmizin inkişafını istəməyən xarici qüvvələr son vaxtlar müəyyən adlar altında ölkəmizdə çaxnaşma yaratmağa çalışır, insanların dincliyini pozurlar. Amma hər kəs bilməlidir ki, qüdrətli Azərbaycan dövləti və onun Prezidenti hər zaman xalqının yanındadır, öz müstəqilliyini və suverenliyini qorumaq iqtidarındadır.

YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova çıxış edərək, YAP Yevlax rayon təşkilatının 6 aylıq fəaliyyət dövrünü yüksək qiymətləndirdi. O, vurğuladı ki, YAP Yevlax rayon təşkilatı öz tərkibi ilə qərərgahın birbaşa operativ iş prisipini yüksək səviyyədə quraraq, istər seçiklərdə, istərsə də digər vaxtlarda öz nümünəvi işi ilə rayonda bütün tədbirlərdə fəal iştirak edir. Ölkəmizdə son günlər baş verən hadisələrə münasibət bildirən Əminə Əhmədova qeyd etdi ki, təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu qədər inkişafı və bu qədər inteqrasiyanı gözü götürməyən kənar qüvvələr ölkəmizə əl uzatmağa cəhd edirlər. Ancaq onlar bilməlidirlər ki, cənab Prezidentimizin rəhbərliyi ilə o əllər kəsiləcəkdir. Heç bir qüvvə müasir müstəqil Azərbaycan dövlətinə müdaxilə edə bilməz.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini Vahid Quliyev, şura üzvüləri Zahid Qarayev, Kinyaz Əliyev və başqaları Yeni Azərbaycan Partiyasında olan həmrəyliyi, YAP Yevlax rayon təşkilatının bu istiqamətdə qurduğu işi tədqirəlayiq hesab edərək bildirdilər ki, bir ağsaqqal ziyalı olaraq, hesab edirik ki, ölkənin iqtidar partiyası bu gün respublikamızda, eyni zamanda, regionda öz nüfüzu ilə seçilən insanlar tərəfindən qəbul olunmuş bir siyasi təşkilatdır. Partiaymızın sədri, ölkə Prezidenti Cənab İlham Əliyev bir rəhbər olaraq laiqli şəkildə mövcud iqtidarı idarə edir, öz Liderlik bacarığı ilə ölkəmizi dünyaya tanıdaraq, beynəlxalq əlaqələr yaradır və və artıq bütün bunların nəticəsi olaraq bu gün Azərbaycan regionun ən vacib və etibarlı tərəfdaş dövlətinə çevrilmişdir. Son günlər baş verən hadisələrə gəlincə, bu, dövlətçiliyimizə qarşı yönəlmiş bir teror aktıdır. Azərbaycan xalqı müdrik xalqdır. Bu xalqla dövlətin vəhdətinə, sevgisinə heç bir qara qüvə mane ola bilməz.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə