ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında iyulun 11-də Brüsseldə keçirilən görüş barədə bəyanat yayıblar. SİA-nın verdiyi məlumata görə, bəyanatda dünən baş tutan görüşün Azərbaycan və Ermənistanda seçkilərdən sonra ilk görüş olduğu bildirilib.

Bəyanatda bildirilib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın günlərdə həmsədrlərin təşəbbüsü ilə yenidən görüşmək barədə razılığa gəliblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə