Mais Səfərlidir: "Biz Prezidentimizin əsgərləriyik" AÇIQLAMA

“Azərbaycan çox böyük bir uğura imza atıb. 25 ölkədən biriyik ki, möhkəm əsaslara söykənən ictimai, siyasi sabitliyə, iqtisadi inkişafa malikik”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, dünyada 200 dövlət arasında əmin-amanlıq, sabitlik kriteriyasına görə 25-liyə daxil olan Azərbaycan digərlərinə nümunədir: "Çox təəssüflər olsun ki, Azərbaycanı istəməyən xaricidə ki, bəzi dairələr burda ki, əl altıları vasitəsi ilə bu stabilliyi pozmağa cəhd göstəriblər və çalışırlar ki, bu stabilliyi pozsunlar. Azərbaycanın apardığı müstəqil siyasət onların ürəyincə deyil. Bir sıra dairələr var ki, xaricdə Azərbaycan Prezidentinin Azərbaycanın milli maraqlarına uyğun apardığı siyasətə qısqanclıq hissi ilə yanaşırlar və elə hesab edilər ki, Azərbaycan kiçik dövlətdir və kiçik dövlətlərdə hansısa böyük akulalara tabe olmalıdır. Amma Azərbaycan Prezidenti bu ənənəni pozub və bu illər ərzində sübut edib ki, Azərbaycan bütün dövlətlərlə bərabər hüquqlu dövlətdir. Tərəfdaş ölkələrlə bərabər hüquqlu münasibətlər qurulmalıdır və qurulur. Bu da bir sıra dairələrin xoşuna gəlmir və onlar çalışırlar ki, Azərbaycanda ahəngi pozsunlar və bunun üçün çox çeşidli vasitələrdən istifadə edirlər. Gəncədə baş verən hadisələrdə bu məsələdən qaynaqlanır. Azərbaycan dövlətinin, ordusunun, iqtisadiyyatının inkişafından qısqanclıq və narahatçılıq keçirən qüvvələr Azərbaycana qarşı pozucu planlar hazırlayıblar. Amma Azərbaycan dövlətinin və hakimiyyətinin güclü olması nəticəsində belə planların qarşısı alınıb. “Yurddaş” Partiyası Gəncədə baş verən hadisəni pisləyir və iştirakçıları, eləcə də, onun arxasında duran qüvvələri lənətləyir. Biz hesab edirik ki, bu Azərbaycan dövlətçiliyinə qarşı yönələn bir aksiyadır. “Yurddaş” Partiyası digər məsələlərdə olduğu kimi bu məsələdə də dövlətimizin, Prezidentimizin yanındadır. Biz Azərbaycanda stabilliyin pozulmaması, qorunub saxlanması üçün Prezidentin əsgərləriyik və Prezidentimizin hər hansı bir tapşırıqlarını yerinə yetirməyə hazırıq. Gəncədə şəhid olmuş polis zabitlərinin ailələrinə baş sağlığı veririk və bütün millətimizi bir olmağa çağırırıq. Azərbaycanda stabilliyin pozulmasına yol vermək olmaz. Azərbaycanı Suriya, Əfqanıstan, İraq kimi bir məkana çevrilmək istəyirlər. Amma onların bu istəkləri heç vaxt baş tutmayacaq. Azərbaycan xalqı öz Prezidenti İlham Əliyevin arxasında dayanır. Xalq- hakimiyyət birliyi xarici qüvvələrin istənilən məkrli planlarının qarşısını alacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...