Mədət Məmmədov: “Heç bir qüvvə Azərbaycanı inkişaf yolundan döndərə bilməz” MÜNASİBƏT

“Bu günlər Gəncədə baş verən hadisələri bir vətəndaş olaraq çox böyük ürək agrısı ilə izləyirəm və həmin olayları Vətənə, dövlətçiliyə xəyanət hesab edirəm”. Bu fikirləri SİA-ya "Azərbaycan Jurnalistləri" İB-nin sədri Mədət Məmmədov sözügedən hadisələrə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, terror və təxribat törətmək cəhdində bulunan, xalqı itaətsizliyə çağıran xəyanətkarlar unudurlar ki, müstəqil Azərbaycan dövləti dünyəvi dövlətə çevrilib və artıq Azərbaycanın gücü, qüdrəti, iqtisadi inkişafı bütün dünya tərəfindən qəbul edilir: “Biz bu olaya ictimai-siyasi qiymət verməliyik, mövqeyimizi bir mənalı bildirməliyik. Bu əsl mənada dövlətə və dövlətçiliyə qarşı zərbə vurmağa chd edilən terror hadisəsidir. Heç bir terror, heç bir qüvvə müstəqil Azərbaycanı inkişaf yolundan döndərə bilməz”.

“Heç bir düşmən unutmamalıdır ki, Azərbaycanda xalq-iqtidar birliyi yenilməzdir, sarsılmazdır”-deyə qeyd edən Mədət Məmmədov həmçinin vurğulayıb ki, məhz media nümayəndələri həmin hadisələri pisləyir, lənətləyir: “Biz, bu terror hadisəsini qətiyyətlə pisləyirik, lənətləyirik və müstəqil Azərbaycanın gələcək inkişafı naminə hər şeyə hazırıq. Dövlətçiliyimizə qarşı yönələn hər bir cəhdin qarşısı qətiyyətlə alınacağına inanırıq”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə