Bakı Bulvarında stendlərin açılış mərasimi keçirilib TƏDBİR-VİDEO-FOTOLAR

Bakı Bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, Birləşmiş Millətlər Təşkilatının (BMT) resident əlaqələndiricisi Qulam İshaqzai ilə yanaşı, Azərbaycanın dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi və İDEA İctimai Birliyinin hazırladığı ikitərəfli rəngli stendlər hər məqsədi asan dildə izah etməklə yanaşı, bu məqsədlərə nail olmaq üçün hər kəsin görə biləcəyi işlərə dair məsləhətləri özündə əks etdirir.

Stendlər 4 ay müddətində Bulvarın mərkəzi hissəsində nümayiş olunacaq.

Tədbirdə çıxış edən Əli Əhmədov deyib ki, dövlət və ictimai qurumlar bu layihələrə cəlb edilməlidir: “İstəyirik ki, hər bir Azərbaycan vətəndaşı bu layihənin mahiyyətini dərk etsin. Dünyadakı mövcud problemləin aradan qaldırılması üçün bu layihə çox önəmlidir. Azərbaycan bu məsələ ilə bağlı öhdəsinə düşən işlərin layiqincə yerinə yetirir, prosesə töhfə verir”.

BMT-nin rezident əlaqələndiricisi Q. İshaqzai deyib ki, stendlərin nümayiş etdirilməsində məqsəd insanların Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlılığının artırılmasıdır.

Daha sonra Əli Əhmədov və Q. İshaqzai stendlərin rəsmi açılışını bildirən lenti kəsiblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...