Erməni hərbçiərin valideyinləri Manvel Qriqoryanı lənətləyirlər FAKT

“O, bu qidalarla öz ayılarını yemləyib, bizim övladlarımız isə boş mədələri ilə ac qalıblar”

Aprel müharibəsi dövründə Ermənistan ordusunun xaotik vəziyyətdə olması və əsgərlərin necə ağır şəraitdə hərbi xidmət aparmaları barədə faktlar üzə çıxmaqda davam edir. SİA xəbər verir ki, Sputnik Armeniya agentliyinin yazdığına görə, məhkəmə-tibbi ekspertizası serjant Robert Abramyanın ölümü barədə növbəti faktı ortaya çıxarıb. Belə ki, 2016-cı ilin aprelində baş vermiş hərbi əməliyyatlar zamanı erməni serjantı 3 gün idi ki, ac qalıb və qidalanmayıb. Bunu Robert Abramyanın atası Abram Abramyan da təsdiq edib.

Abram Abramyan: “İndi onun kimiləri yaşayır, övladlarımız isə yoxdurlar”.

Onu da qeyd edək ki, artıq həbs olunmuş general Manvel Qriqoryanın şəhər ətrafındakı villasından çıxan əsgər qidaları ilə bağlı məlumatlardan da görünür ki, o, cəbhə xəttində xidmətdə olan hərbçilərin qidalarını saxladığı heyvanlara yem olaraq verib. A.Abramyan bu barədə “Azadlıq Radiosunun” erməni bürosuna (“Azatutyun”-red.) danışıb. SİTAT: “O, bu qidalarla öz ayılarını yemləyib, bizim övladlarımız isə boş mədələri ilə ac qalıblar. Uşağımın 3 gün ac qalması mənə elə ağır gəlir ki...Mən bu faktı təsdiq edən bütün kağızları göstərə bilərəm. Heç olmasa ac qalmazdı və aclığa qarşı mübarzə aparardı, indi də yanımda olardı. İndi onun kimiləri (M.Qriqoryan-red) yaşayır, övladlarımız isə yoxdurlar”.

Abramyanın sözlərinə görə, ordudakı oğurluqlar, talanlar barədə hələ 2016-cı ilin aprelindən məlumatlıdırlar və əgər o, Ararat vilayətinin Taperakan kəndində yalaya-yaşaya bunu bilirdisə, demək ki, bu barədə yüksək vəzifəli məmurlar da xəbərdar olublar. “İnsanlar var idi ki, şəxsən mənə əsgərlərə yardım apardıqlarını deyirdilər, M.Qriqoryan isə həmin yardımları öz anbarına yığılmasını əmr edirdi.

Öldürülmüş kapitanın dul arvadı: “O, “qəhrəman” adından məhrum olunmalıdır”

Aprel müharibəsi dövründə həlak olmuş kapitan Ovsep Kirokosyanln Eçmiədzinnin Apaqa kəndində yaşayan ailəsi isə bildirib ki, bir neçə km aralıda M.Qriqoryanın heyvanlarına onlardan daha çox diqqət göstərildiyini bildikdən sonra, bu olay həmin ailəyə çox pis təsir edib.

Generalın evindən çıxmış “Əsgər payı” konservləri hüquq mühafizə orqanlarının da bəyan etdiyi kimi, hərbçilərə çatdırılmayıb. Bu da hərbçi anasına ağır təsir edib. “Əgər 3-cü sinif şagirdi məktub yazaraq, əsgərə müraciət edirsə, ordunu necə talan etmək olar? Bu uşaqlar nəyə görə öldülər?”-deyə sual olunur.

Qeyd olunur ki, kapitanın dul arvadı Məryəm işləyir və onun yeganə məqsədi övladlarını mənzillə təmin etməkdir. Onun bir tələbi var: “O, (M.Qriqoryan-red.) “qəhrəman” adından məhrum olunmalıdır. “Onlar qəhrəman ola bilməzlər. Talançıdan qəhrəman çıxmaz”-deyə O.Kirokosyanın dul arvadı bildirib.

Eləcə də Ararat vilayətinin Vedi şəhərindən olan Andranik Zoqrabyan kapitan Armenak Urfanyanla bir yerdə Aprel müharibəsində öldürülüb. Andranikin atası Atom Zoqrabyanın sözlərinə görə, son hadisələrdən sonra bəlli olub ki, onların övladlarının yaşamaq mümkünlüyü üçün lazım olan hər şey oğurlanıb. “Baş verənlər həm nəmin üçün, həm də digərləri üçün bir gerçəkliyi ifadə edir, bu xəyanətdir”- deyə A.Zoqrabyan bildirib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə