Məhərrəm İncə: "Səsvermənin nəticələrini tanıyıram"

İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərində prezidentliyə namizəd olan Məhərrəm İncə səsvermənin nəticələrini tanıdığını bəyan edib. SİA xəbər verir ki, Məhərrəm İncə yenidən Prezident seçilməsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edəcəyini bildirib.

Qeyd edək ki, Məhərrəm İncə Türkiyənin ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının namizədidir.

Bütün xəbərlər Facebook səhifəmizdə