Putin Tramp görüşü gələn ay baş tuta bilər

"Kreml Vladimir Putin və Donald Trump arasında görüş haqqında hələ məlumat verməyə hazır deyil". SİA-nın xəbərinə görə, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında deyib.

"Hazır olduğumuz zaman görüş haqqında məlumat açıqlayacağıq", -deyə Peskov bildirib.

Avstriya qəzeti Kronen Zeitungin məlumatına görə, Vyanada Rusiya və Amerika diplomatları arasında görüş keçirilib. Nəşrə görə, iki ölkənin nümayəndələri dövlət başçıları arasında görüş imkanını müzakirə ediblər.

Tərəflər ABŞ və Rusiya prezidentlərinin görüşünün Avstriyanın paytaxtında və 15 iyul tarixində keçiriləcəyini güman edirlər.

Qeyd edək ki, ötən həftə "Ağ Ev"dən verilən açıqlamada bildirilib ki, ABŞ prezidenti iyulda Rusiyalı həmkarı ilə görüşə bilər

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...