MHP sədri Rəcəb Tayyib Ərdoğanı möhtəşəm qələbə münasibətilə təbrik edib

Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərindəki möhtəşəm qələbə münasibəti ilə Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib. SİA xəbər verir ki, MHP sədri dövlət başçısına telefon zəngi edib.

Qeyd edək ki, AKP və MHP Cümhur İttifaqında birləşərək 6 partiya ilə mübarizə aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə