Türkiyədəki seçkiləri 34 ölkədən 650 KİV təmsilçisi izləyir

Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərini izləmək üçün 34 ölkədən 650 KİV təmsilçisi qeydiyyatdan keçib. SİA xəbər verir ki, KİV nümayəndələri səsvermə məntəqələrində çəkiliş aparmaq, müsahibələr almaq, seçicilərin rəyini öyrənməkdə azaddır. Bundan başqa, səsvermə və onun nəticələrini izləmək üçün Ankara, İstanbul və Diyarbəkir şəhərlərində KİV təmsilçiləri üçün üç mətbuat mərkəzi fəaliyyət göstərir. Nazirlər Kabinetinin mətbuat və informasiya baş idarəsi tərəfindən təşkil olunan bu mərkəzlərdə KİV nümayəndələri üçün bütün texniki şərait yaradılıb. Türkiyə Ali Seçki Komissiyasının səsvermənin gedişatına və nəticələrə dair açıqlamaları mətbuat mərkəzlərində elan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə