Türkiyədə səsvermə yüksək seçici fəallığı ilə davam edir

Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə səsvermə yüksək seçici fəallığı ilə diqqəti cəlb edir. SİA xəbər verir ki, səhər saatlarından başlayaraq səsvermə məntəqələrində uzun növbələr müşahidə olunur. Səsvermənin azad, ədalətli, şəffaf və demokratik keçirilməsi üçün bütün şərait yaradılıb. Vətəndaşlar azad şəraitdə öz siyasi iradələrini ifadə edirlər. Bundan başqa, müşahidəçilər və KİV təmsilçiləri üçün də səsverməni izləmək imkanları yaradılıb. Ölkənin hər yerində təhlükəsizlik tədbirləri görülüb. Rəsmi məlumata görə, ölkə üzrə ümumilikdə 60 milyona yaxın vətəndaş səsvermə hüququna malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə