Müharibə öncəsi son təmaslar

Qarabağ məsələsi yenidən danışıqlar masasında

Məlum olduğu kimi Belarusda Avropa İttifaqının “Şərq Tərəftaşlığı” ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi toplantısında Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşünün təşkili ilə bağlı razılıq əldə edilib. Hələlik görüşün dəqiq vaxtı və yeri müəyyən edilməsə də, Elmar Məmmədyarovla Zoqrab Mnatsakanyanın bir araya gələcəyi dəqiqdir. Minskdə hər iki diplomatın ayaqüstü danışığı baş tutub və sadəcə bir necə dəqiqə müzakirə aparılıb. Əlsdində bu görüş bir çox prizmadan Dağlıq Qarabağ münaqişəsinin gələcək aqibəti baxımından olduqca əhəmiyyətlidir.

Birincisi ona görə ki, Azərbaycan tərəfi işğalçı ölkənin yeni siyasi rəhbərliyinin sülhə hazır olub-olmadığını müəyyənləşdirəcək. Bakı imitasiya xarakteri daşıyan danışıqların tərəftarı deyil, sülh prossesindən konkret nəticə gözləyir. Bu baxımdan Məmmədyarovla Mnatsakanyan görüşü Bakının nəbz yoxlaması kimi də xarakterizə edilə bilər.

Digər mühüm məqam qondarma rejimin danışıqlarda tərəf kimi iştirakı məsələsidir. Hər halda Paşinyanın münaqişəyə baxış tərzinin sonradan Ermənistan üçün hansı təhlükəyə çevriləcəyi Mnatsakanyana xatırladılacaq. Qısası nazirlərin ilk rəsmi görüşündən müsbət nəticə gözləmək sadəlövhlük olsa da Bakının mesajları İrəvana çatdırılacaq. Bəlkə də tərəflər sülh üçün son dəfə bir araya gəldilər. Yəni Məmmədyarov Mnatsakanyan müzakirəsi Qarabağ münaqişəsində Azərbaycanın önünü görməsi baxımından vacibdir.

Yeri gəlmişkən görüş öncəsi Bakı öz mesajını işğalçıya çatıdırıb. Sülh olacaqsa ilk addım kimi işğal edilən Dağlıq Qarabağ ətrafı rayonların boşaldılması təmin edilməlidir. Bakının səbrini sınağa çəkmək sadə erməniləri ölümə sürükləmək deməkdir. İndki halda vəziyyətin hansı istiqamətə yönləndiyi münaqişənin diplomatik yolla həllini öz üzərinə götürən ATƏT-in Minsk Qrupuna da yaxşı bəllidir. Görünür hər vəhclə danışıqlardan qaçan Paşinyana Ermənistanın üzləşə biləcəyi fəlakət faktlarla izah edilib. Mnatsakanyanın da danışıqlar masasına məcburi otuzdurulması bundan xəbər verir. Azərbaycan istənilən halda danışıqlara futbol termini ilə desək 1-0 ön də başlayır. İşğalçı tərəfin sülh prossesinə təsir edəcək absurd təklifləri Bakının müharibə şansını artırır. Görüntü də önəmlidir axı. Azərbaycan sülhdə maraqlıdır, danışıqlarda iştirak edir, ancaq diplomatiya işğal olunan ərazilərin azad edilməsində effekt vermir.

İşğal faktının aradan qaldırılmasının yeganə alternativi isə haqq savaşının başlanmasıdır.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...