"QHT-lərin 99 faizi Azərbaycan dövlətinə sadiqdir"

“Azərbaycanda QHT sektorunda 30 mindən artıq insan çalışır. Onlar Azərbaycanın fəal vətəndaşlarıdır, xaricdən gələn təhlükələrə sinə gərirlər. Həmin QHT-lər siyasi partiyalardan az fayda vermirlər”. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə keçirilən yubiley mərasimində deyib.

O, bəzi QHT-lərin xarici donorların təsiri altında Azərbaycana qarşı fəaliyyət göstərməsindən təəssüfləndiyini bildirib: “Amma həmin QHT-lərin sayı çox deyil. Sevindirici haldır ki, QHT-lərin 99 faizi Azərbaycan dövlətinə sadiqdir, Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə